Azərbaycan və Fransa prezidentləri Bakıda keçirilən biznes-forumda iştirak edib - FOTOSESSİYA

Azərbaycan və Fransa prezidentləri Bakıda keçirilən biznes-forumda iştirak edib - <span style="color: red;">FOTOSESSİYA
# 12 may 2014 11:38 (UTC +04:00)

Hər iki ölkənin dövlət başçıları forumda çıxış ediblər.

Forumda 200 azərbaycanlı iş adamı və 90 fransalı iş adamı, Azərbaycanın dövlət qurumlarının rəhbərləri iştirak edib.

Tədbirdə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Fransanın Azərbaycana investisiya yatıran ölkələr arasında 9-cu olduğunu açıqlayıb və bu ölkənin Azərbaycanın qeyri-neft sektoru sahəsinə investisiya yatırmağa dəvət edib.

Forumun sonunda hər iki ölkənin prezidenti auditoriyanı maraqlandıran suallara cavab verib.

Daha sonra Azərbaycan və Fransa arasında bir sıra kommersiya müqavilələri imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR