“Genocide Almanax” kitabının təqdimat mərasimi keçirilib

“Genocide Almanax” kitabının təqdimat mərasimi keçirilib
# 07 noyabr 2013 12:09 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Prezident yanında Gənclər Fondunun dəstəyi ilə “İrəli” İctimai Birliyi tərəfindən hazırlanan “Genocide Almanax” kitabının təqdimat mərasimi keçirilib. APA-nın verdiyi xəbərə görə, təqdimatda “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin əlaqələndirmə şurasının sədri Orxan Əkbərov, millət vəkili Aqil Abbas və digər şəxslər iştirak ediblər.

Təqdimatda çıxış edən R. Məcid bildirib ki, kitabın Azərbaycan tarixi və mədəniyyəti üçün böyük əhəmiyyəti var: “Burada gənc qələm sahiblərinin və ziyalıların yazıları cəmlənib. Əminəm ki, kitabsevərlər tərəfindən “Genocide Almanax” böyük maraqla qarşılanacaq”.

R. Mərdiyev çıxışında qeyd edib ki, “Gənc yazarlara dəstək” layihəsi çərçivəsində nəşr olunan bu kitabın işıq üzü görməsində Gənclər Fondunun böyük rolu var. F. Hacıyev isə deyib ki, Gənclər Fondu hər zaman bu cür layihələri dəstəkləməyə hazırdır.

A. Abbas çıxışında Azərbaycanda çox fəal bir gənc nəslin formalaşdığını diqqətə çatdırıb və gənclərə fəaliyyətlərində uğurlar arzulayıb: “Əgər bu gün Azərbaycan gənci Azərbaycanın tarixini əks etdirən yazılar yazırsa, dünya ictimaiyyətinə mədəniyyətimizi təbliğ edirsə və müəyyən dərəcədə uğur əldə edirsə, bunun özü artıq uğurlu bir inkişafdır”.

O. Əkbərovun sözlərinə görə, bu gün digər xalqlarda belə bir fikir formalaşıb ki, azərbaycanlılar işğal altında olan torpaqlar üçün darıxmır: “Biz bu gün gənclərin vasitəsilə bu cür kitablar nəşr edərək o stereotipləri qırırıq. Kitab çox maraqlıdır və düşünürəm ki, yetəri qədər oxucu qazana biləcək”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR