“Rabitəbank” Bakıda yeni filial açıb - FOTO

“Rabitəbank” Bakıda yeni filial açıb - <span style="color: red;">FOTO
# 08 may 2013 08:04 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın “Rabitəbank” ASC Bakıda daha bir filial açıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, yeni “Nərimanov” filialı Bakının İsmayıl Hidayətzadə küçəsi, 49/51 ünvanında fəaliyyətə başlayıb.


Bankın digər filialları kimi, “Nərimanov filialı” əksər bank əməliyyatları, müxtəlif növ kreditlər, əmanətlər, kommunal və mobil ödəmələr üzrə xidmətlər təklif edəcək.


Bu sayca “Rabitəbank”ın Bakıda 7-ci, ölkə üzrə 19-cu filialıdır. Bu il 20 illik yubileyini qeyd edən “Rabitəbank” 2013-cü ilin sonunad’k daha bir filial açmaq niyyətindədir.
Bu ilin ilk rübünün nəticələrinə əsasən, “Rabitəbank”ın aktivləri 24% artaraq 194 mln. manat təşkil edib.


Hazırda bankın paytaxtla yanaşı, regionlardan Sumqayıt, Ağcabədi, Şirvan, Şəmkir, Qusar, Quba, Xaçmaz, Şəki, Şamaxı, Kürdəmir, Gəncə, Lənkəran və Naxçıvanda da filialları fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR