“Bank VTB (Azərbaycan)” bank təminatı ilə kreditlər təklif edir

“Bank VTB (Azərbaycan)” bank təminatı ilə kreditlər təklif edir
# 27 may 2014 07:34 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Bank VTB (Azərbaycan)” bazara yeni məhsul olan hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulmuş bank təminatı ilə kreditlər təklif edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, müvafiq məhsul üzrə girov tələb olunmur. Müddət, faiz dərəcəsi və komissiya bank tərəfindən fərdi yanaşma prinsipi əsasında hər bir müştəri üçün ayrıca müəyyən edilir.

Xatırladaq ki, bank təminatı ilə kredit məhsulu kredit təşkilatı tərəfindən verilmiş təminat əsasında borcalanlar üçün pul vəsaitlərin əldə edilməsi üsuludur.

Bankın İdarə Heyətinin üzvü Zaur Rəsulov deyib ki, bu məhsul korporativ müştərilərə bank təminatı əsasında vəsait cəlb edərək daşınmaz əmlak almağa, istehsalat fəaliyyəti ilə məşğul olmaq, həmçinin ticarətin maliyyələşməsində geniş imkanlar yaradır: “Müvafiq məhsuldan Azərbaycan qanunvericiliyi çərçivəsində əcnəbi şirkətlər də istifadə edə bilərlər. Beləliklə, yeni məhsul yerli bazarda fəaliyyətə başlayan əcnəbi şirkətlər üçün uğurlu “start-up” olmaqla, ölkə iqtisadiyyatına investisiyaların cəlb olunmasına xidmət edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR