Azərbaycanın bəzi yerlərində hava az yağıntılı olacaq, dağlıq rayonlarda qar yağacaq

Azərbaycanın bəzi yerlərində hava az yağıntılı olacaq, dağlıq rayonlarda qar yağacaq
# 07 yanvar 2014 09:10 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-4, gündüz 5-8 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 8-də hava şəraitinin bəzi yerlərdə az yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 6-11, gündüz 0-4 dərəcə şaxta olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR