İran DİN rəhbəri: “İŞİD qüvvələri sərhədlərimizə yaxınlaşacağı təqdirdə onları məhv edəcəyik”

İran DİN rəhbəri: “İŞİD qüvvələri sərhədlərimizə yaxınlaşacağı təqdirdə onları məhv edəcəyik”
# 14 iyun 2014 14:52 (UTC +04:00)

İran XİN İraqdakı vəziyyətlə bağlı ölkə vətəndaşlarına xəbərdarlıq edib

Bakı. Real Cəfərli - APA. ““İraq-Şam İslam Dövləti (İŞİD) qüvvələri sərhədlərimizə yaxınlaşacağı təqdirdə onları məhv edəcəyik”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın daxili işlər naziri Əbdürrza Rəhmani-Fəzli bildirib.

Onun sözlərinə görə, İran yerləşdiyi coğrafi ərazi baxımından xaosun ortasında qalıb: “İslami quruluşa düşmən kəsilmiş ölkələr bu qarışıqlığı İranın daxilinə çəkməyə çalışır. Ancaq ali dini liderin yol göstərici bəyanatları, xalq və rəsmilərin sağlam fikri və dəstəyi ilə ölkənin təhlükəsizliyi tam olaraq təmin edilib. Vacib məsələlərdə daxili vəhdət və birliyin zədələnməməsi lazımdır”.

Ə.Rəhmani-Fəzli deyib ki, İran İŞİD terrorçularına qarşı İraq hökumətinə yardım göstərəcək: “Bu yardım İraqa hərbçi göndərməyimiz mənasına gəlməməlidir. Biz sadəcə İŞİD terrorçularına qarşı döyüşən iraqlı hərbçilərə məsləhətlər verəcəyik və beynəlxalq arenada onları müdafiə edəcəyik. İran sərhədləri terrorçulara qarşı qapadılıb”.

İran Xarici İşlər Nazirliyi isə İraqdakı vəziyyətlə bağlı ölkə vətəndaşlarına xəbərdarlıq edib. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, nazirlik İraqa ziyarət məqsədilə səfər etmək niyyətində olan ölkə vətəndaşlarından getməzdən əvvəl İran Həcc və Ziyarət Təşkilatına müraciət etmələrini istəyib. İran XİN həmçinin İraqdakı ziyarətgahlara səfərlərin həmin təşkilat tərəfindən həyata keçirildiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR