İranın Qərbi Azərbaycan vilayətində zəlzələ baş verib

İranın Qərbi Azərbaycan vilayətində zəlzələ baş verib
# 25 iyun 2013 23:14 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İyunun 25-də axşam saatlarında İranın Qərbi Azərbaycan vilayətində zəlzələ baş verib. APA-nın Tehran Universiteti, Geofizika İnstitutu, Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən məlumatına görə, təbii fəlakətin episentri Xoy şəhəri olub. 4.3 bal gücündə olan zəlzələ yerli vaxtla saat 17:52-də (Bakı vaxtı ilə 18:22-də) yerin 12 km dərinliyində meydana gəlib. Təbii fəlakət Xoydan 29 km, Siyaçeşmədən (Qarabulaq rayonu) 47 km, Şotdan 57 km və Tehrandan 683 km uzaqlıqda baş verib. Dağıntı və tələfat barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR