ABŞ dövlət katibinin köməkçisi Yanukoviçlə görüşmək niyyətindədir

ABŞ dövlət katibinin köməkçisi Yanukoviçlə görüşmək niyyətindədir
# 04 fevral 2014 21:27 (UTC +04:00)

Bakı-APA. Fevralın 6-da Kiyevə səfər edəcək ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland Ukrayna prezidenti Viktor Yanukoviçlə görüşməyi planlaşdırır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki bildirib.

“Viktoriya Nuland prezident Viktor Yanukoviç və XİN rəhbəri vəzifəsini müvəqqəti icra edən Leonid Kojara ilə görüşməyi planlaşdırır. Həmçinin müxalifət və vətəndaş cəmiyyətinin liderləri ilə bir sıra görüşlər nəzərdə tutulub”, deyə Psaki bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR