Firəngiz Əlizadənin “İntizar” operasının premyerası keçiriləcək

Firəngiz Əlizadənin “İntizar” operasının premyerası keçiriləcək
# 25 aprel 2014 11:52 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Mayın 4-də Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin “İntizar” operasının premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşanın libretto müəllifi professor Nərgiz Paşayevadır.

Operanın yeni redaksiyasının rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı xalq rəssamı Tahir Tahirovdur.

Tamaşada Opera və Balet Teatrının aparıcı solistləri xalq artisti Qərinə Kərimova, əməkdar artistlər Əkrəm Poladov, Fəridə Məmmədova, Səbinə Əsədova, gənc vokalçılar Afaq Abbasova, Anton Ferştandt, Tural Ağasıyev və başqaları ilə yanaşı Azərbaycanın xalq artisti Gülbacı İmanovanın rəhbərlik etdiyi Azərbaycan Dövlət Xor Kapellası da iştirak edəcək.

Operanın dirijoru Əyyub Quliyevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR