Azərbaycanda Vergilər Nazirliyinin xətti ilə büdcəyə daxilolmalar 7% artıb

Azərbaycanda Vergilər Nazirliyinin xətti ilə büdcəyə daxilolmalar 7% artıb
# 12 iyun 2014 14:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-may aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 3 mlrd. 121 mln. 703,4 min manat təşkil edib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 7,2% çoxdur.

Bu məbləğin 35,6%-i mənfəət vergisinin, 26,9%-i əlavə dəyər vergisinin, 12,2%-i fiziki şəxslərin gəlir vergisinin, 10,1%-i aksizlərin, 15,2%-i isə digər vergilərin payına düşür. Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 1 mlrd. 717 mln. 678,7 min manat vəsait daxil oluv.

Yanvar-may aylarında ölkə üzrə 37 191 vergi ödəyicisi qeydiyyata alınıb, bu ilin iyunun 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 570141-ə çatıb.

Bu ilin yanvar-may ayları ərzində ölkə üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 91,1% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR