«Azeryolservis» sürücülərə xəbərdarlıq edib

«Azeryolservis» sürücülərə xəbərdarlıq edib
# 16 yanvar 2014 09:02 (UTC +04:00)

Bununla əlaqədar Nəqliyyat Nazirliyinin «Azeryolservis» ASC sürücülərə müraciət edib.

ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev «APA-Economics»ə bildirib ki, ərazidə aparılan tikinti işləri ilə əlaqədar sürücülərdən yolun sağ və sol hissəsində nəqliyyat vasitələrinin saxlanılmaması xahiş olunur.

«Ziya Bünyadov prospektinin Əliyar Əliyev küçəsi ilə kəsişməsindən Böyükşor qəsəbəsinə qədər olan hissədə sürücülər yolun kənarında avtomobillərini saxladıqları üçün ərazidə təmir işlərini aparmaq mümkün deyil. Biz sürücülərdən nəqliyyat vasitələrini burada saxlamamağı xahiş edirik. Əks halda avtomobillər oradan cərimə meydançasına aparılacaq», - deyə P.Mürəsəliyev əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR