FHN Bakıda zavodun ərazisində baş verən yanğınla bağlı məlumat yayıb

FHN Bakıda zavodun ərazisində baş verən yanğınla bağlı məlumat yayıb
# 09 aprel 2014 15:38 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda zavodda baş verən yanğınla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayonunda "Azərneftkimyamaş" ASC-yə məxsus maşınqayırma zavodunun ərazisində hal-hazırda fəaliyyət göstərməyən, ümumi sahəsi 1500 kv.m olan sexin dam örtüyünün yanar konstruksiyaları 150 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR