Rəsmi Tehran Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son günlər yaranmış gərginliyə münasibət bildirib

Rəsmi Tehran Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son günlər yaranmış gərginliyə münasibət bildirib
# 28 yanvar 2014 13:24 (UTC +04:00)

APA-nın İranın “Səhər” telekanalına istinadən verdiyi məlumata görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi həftəlik brifinqdə deyib ki, rəsmi Tehranın mövqeyi aydındır.

“Biz həm İranda, həm də digər ölkələrdə sülhün bərqərar olmasına çalışırıq və bu istiqamətdə səylərimizi əsirgəmirik. Görünür ki, təmas xəttində baş verənlərin miqyası kiçikdir. Biz bu xırda toqquşmaların da aradan qaldırılacağına ümid edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR