Bakıda “Böyük Bakının Regional İnkişaf Planı” ilə bağlı ictimai müzakirəsi aparılır - FOTO

Bakıda “Böyük Bakının Regional İnkişaf Planı” ilə bağlı ictimai müzakirəsi aparılır - <span style="color: red;">FOTO
# 15 may 2014 07:54 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Bakıda "Böyük Bakının Regional İnkişaf Planı" üzrə başa çatdırılmış işin nəticələrinin ictimai müzakirəsi aparılır. Tədbirdə çıxış edən Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov paytaxtın baş planı haqda, bu illər ərzində görülən işlərdən məlumat verib.

Daha sonra Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşçenko çıxışı zamanı bildirib ki, Bakı şəhəri ilə yanaşı, regional inkişafa da diqqət ayırıb. O, qeyd edib ki, ölkənin 8 rayonunda su təchizatı işləri, yolların tikintisi, kənd infrastrukturunun inkişaf etdirilməsi məsələlərini diqqətdə saxlayıb.

Tədbirdə çıxış edən Dünya Bankının Qafqaz ofisinin nümayəndəsi Əhməd Aveyda isə qeyd edib ki, Bakının baş planın hazırlanmasında qabaqcıl təcrübədən istifadə olunub.

“Biz burada əsasən bir neçə amili nəzərə almışıq. İlk növbədə plana çoxsektorlu yanaşma olub, yəni nəqliyyat, sosial həyat, demoqrafik vəziyyət və sair məsələlər nəzərə alınıb. Növbəti amil Bakının iqtisadi inkişafını qabağa aparacaq faktorlar nəzərə alınıb. Eyni zamanda planın bir neçə ətraflı inkişaf ssenarisi hazırlanıb", - deyə Ə. Aveyda bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR