Qəddafinin oğlu Seyf əl-İslama qarşı ittihamlar irəli sürülüb

Qəddafinin oğlu Seyf əl-İslama qarşı ittihamlar irəli sürülüb
# 24 oktyabr 2013 22:06 (UTC +04:00)

Bakı-APA. Tripoli məhkəməsi Liviyanın eks-lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam da daxil olmaqla keçmiş hökumətin 20-dən çox yüksəkvəzifəli üzvünə ittihamlar irəli sürüb.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, ittihamlar 2011-ci ildə Qəddafiyə qarşı üsyan zamanı mitinqlərin yatırılması və etirazçıların qətli ilə bağlıdır.

İttiham olunanlar arasında Liviyanın keçmiş kəşfiyyat rəhbəri Abdulla Senussi də var.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi Seyf əl-İslamın Haaqada mühakimə edilməsini tələb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR