Azərbaycanda bank aktivləri son bir ildə 23% artıb

Azərbaycanda bank aktivləri son bir ildə 23% artıb
# 03 iyul 2014 09:15 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivləri son bir ildə 4 145,32 mln. manat və ya 23% artaraq 2014-cü il iyunun 1-nə 22,14 mlrd. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, təkcə bu ilin may ayı ərzində aktivlərin həcmi 130,48 mln. manat və ya 0,6% artıb.

Bank aktivlərinin tərkibində əsas yeri əvvəlki dövrlərdəki kimi müştərilərə verilən kreditlər tutur. Belə ki, bu kreditlərin həcmi 15 273 mln. manat və ya ümumi aktivlərin 69%-ni təşkil edir. Bundan başqa, aktivlərin tərkibində 1 941,4 mln. manat həcmində olan investisiyalar, 1 282,9 mln. manat həcmində olan müxbir hesabları, 832 mln. həcmində nağd vəsaitlər, 1 026,4 mln. manat həcmində maliyyə sektoruna verilən kredit və depozitlər və 1 784,3 mln. manat həcmində digər aktivlər tutur.

Passivlərin strukturunda isə 9 543,6 mln. manat depozitlər, 7 370,3 mln. manat maliyyə sektorundan cəlb edilən kredit və depozitlər, 1 554,2 mln. manat digər öhdəliklərin payına düşür. Passivlərin tərkibində kapitalın həcmi 3 671,9 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR