Azərbaycanda iki nəfər bədbəxt hadisə nəticəsində ölüb

Azərbaycanda iki nəfər bədbəxt hadisə nəticəsində ölüb
# 06 noyabr 2013 11:27 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda iki nəfər bədbəxt hadisə nəticəsində ölüb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ağsu rayonu ərazisində çayxananın damında televizor antenasını düzəldən rayon sakini Əmiraslan Əhmədov oradan yıxılıb və aldığı xəsarətdən hadisə yerində ölüb.

Saatlı rayonunda isə Sədulla Məmmədov həyətindəki üzüm çardağından yıxılaraq aldığı xəsarətdən dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR