TRT Azərbaycandakı fəaliyyətini genişləndirir

TRT Azərbaycandakı fəaliyyətini genişləndirir
# 12 iyun 2014 16:23 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. İyunun 10-12-də TRT-nin Bakı təmsilçiliyinin altı aylıq iş fəaliyyəti ilə bağlı müşavirə keçirilib.

APA-nın məlumatına görə, 13 ildir Azərbaycan xəbərlərini TRT-nin 16 kanalı vasitəsilə Türkiyəyə və dünyanın bir çox ölkəsinə yayımlayan təmsilçilik əməkdaşları toplantıda 6 aylıq fəaliyyətlərini dəyərləndiriblər. Həmçinin yeni layihələr müzakirə edilib.

TRT-nin Xarici əlaqələr Departamentinin müdir müavini Kərəm Balcı və Azərbaycan nümayəndəliyindən məsul Ömər Sayar toplantıda iştirak etmək üçün Azərbaycana gəlib. Quba Olimpiya Mərkəzinin konfrans zalında baş tutan müşavirədə təmsilçiliyin əməkdaşları altı ay ərzində efirə gedən xəbər və verilişlər barədə məlumat veriblər.

Bildirilib ki, ay ərzində Türkiyəyə 40-a yaxın Azərbaycan xəbərləri göndərilir, hər gün “TRT Avaz” kanalının “Avrasya Raporu” verilişinə və TRT-nin digər kanallarına 3 G vasitəsilə canlı bağlantılar gerçəkləşdirilir. Eyni zamanda təmsilçilik “Röya kimi”, “Azərbaycan Ulduzları”, “Qürbətdəki Elçilərimiz”, “Can Azərbaycan” kimi verilişlər də hazırlayır.

Qeyd edək ki, toplantıda TRT Bakı təmsilçiliyinin fəaliyyəti yüksək qiymətləndirilib və gələcəkdə layihələrin sayının daha da artırılacağı qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR