Nursultan Nazarbayevin keçmiş kürəkəni müxalifətçinin ölümündə şübhəli bilinir

Nursultan Nazarbayevin keçmiş kürəkəni müxalifətçinin ölümündə şübhəli bilinir
# 20 dekabr 2013 14:07 (UTC +04:00)

APA-nın “Tengrinews” xəbər portalına istinadən verdiyi məlumata görə, prezidentin keçmiş qohumunun adı bu dəfə müxalifətçi Altınbek Sarsenbayevin 2006-cı ildə baş vermiş qətli ilə bağlı hallandırılır. Prokurorluq israr edir ki, Rahat Əliyevin bu cinayətlə əlaqəli olması haqqında məlumat 2012-ci ilin aprelində alınıb. İstintaq araşdırmaları R. Əliyevin A. Sarsenbayevin qətlinin sifarişi və təşkilində iştirak versiyasını təsdiq edib.

R. Əliyev əvvəllər Qazaxıstan prezidentinin böyük qızı Dariqa ilə evli olub. Bizneslə məşğul olan R. Əliyev eyni zamanda, güc strukturlarında (Milli Təhlükəsizlik Komitəsi, Prezidentin Mühafizə Xidməti) çalışıb. Sonra isə Qazaxıstanın Avstriyadakı səfiri təyin edilib.

Bir neçə il əvvəl iki bank menecerinin itkin düşməsi ilə bağlı R. Əliyevə qarşı

insan oğruluğu və hədə ilə pul almaq ittihamları səslənib. Hüquq-mühafizə orqanları əvvəlcə bu ittihamlara cavab verməsə də, R. Əliyev və N. Nazarbayev arasında münasibətlərin gərginləşməsi vəziyyəti dəyişib. Nəticədə R. Əliyev adam oğurluğu və reketçilikdə ittiham edilib, qiyabi olaraq 20 il azadlıqdan məhrum edilib.

Prezidentin qızı artıq məhkəmə qərarından öncə Avstriyada yaşayan ərindən ayrılıb. Daha sonra R. Əliyev daha bir ittihamla qarşılaşıb. O, dövlət çevrilişi cəhdində günahlandırılaraq daha 20 il müddətinə azadlıqdan məhrum edilib. R. Əliyev isə bütün ittihamları rədd edir, özünü siyasi təqiblərin qurbanı sayır.

Müxalifətçi A. Sarsenbayev 2006-cı ilin fevralında qətlə yetirilib. Qətllə əlaqədar Senatın keçmiş Aparat rəhbəri Erjan Utembayev daxil olmaqla, 10 nəfər azadlıqdan məhrum edilib. Aparat rəhbəri qətlin sifarişçisi qismində ittiham olunub.

Qeyd edək ki, hələ 2011-ci ildə Qazaxıstan Prokurorluğu bu işin qapandığını bildirib. R. Əliyev isə özünün “Xaç atası” kitabında yazır ki, müxalifətçi Sersanbayevin qətlini prezident N. Nazarbayev təşkil edib. Əməliyyatın fəal iştirakçısı, Senatın spikeri Nurtay Abıkayev isə sonradan Milli Təhlükəsizlik Komitəsinin başçısı təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR