Səfir: “Ermənistanla baş verənlər Macarıstanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə təsir etməyib”

Səfir: “Ermənistanla baş verənlər Macarıstanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə təsir etməyib”
# 23 avqust 2013 10:46 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Macarıstanla Ermənistan arasında diplomatik əlaqələr hələ də bərpa olunmayıb.

Bu barədə APA-ya açıqlamasında Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora bildirib.

Səfir vurğulayıb ki, Macarıstan dostluq ölkəsidir və hamı ilə eyni əlaqələri qurmaq istəyir: “Lakin hələlik heç bir pozitiv addım atılmayıb. Əlaqələrin dayandırılması, kəsilməsi, bərpası diplomatik kanallarla müəyyənləşir”.

Baş verənlərdən sonra Macarıstanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyində dəyişikliklərin olub-olmaması ilə bağlı suala cavab verən səfir bildirib ki, Macarıstanın mövqeyi dəyişilməz olaraq qalır: “Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, münaqişənin sülh yolu ilə çözülə biləcəyini düşünürük”.

Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən “Qara siyahın” açıqlamasına və bu siyaha macar jurnalistin daxil edilməsinə münasibət bildirən J. Çutora qeyd edib ki, Macarıstan XİN saytında Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan səfər etməyin qadağan olması ilə bağlı mütəmadi xəbərdarlıq yerləşdirilir: “Vətəndaşlar müəyyən ölkəni ziyarət etmək istəyəndə oradakı vəziyyətlə bağlı məlumat almalı, durumu öyrənməlidirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR