Azərbaycanda kənd təsərrüfatı kooperativləri yaradılacaq

Azərbaycanda kənd təsərrüfatı kooperativləri yaradılacaq
# 30 iyul 2013 08:18 (UTC +04:00)

Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi artıq müvafiq təkliflərini Milli Məclisə təqdim edib. Nazirliyin bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev «APA-Economics»ə bildirib ki, yerlərdə insanlar birgə kooperativlər yaradarsa, onların işi daha sürətli şəkildə həyata keçər.

«Məsələn, bu il taxıl biçini zamanı fermerlər kombayn çatışmazlığı problemi ilə üzləşiblər, məhsullarını vaxtında biçə bilmirdilər. Amma kooperativlər olsa, bu problemlər yaranmazdı», - deyə S.Vəliyev bildirib.

Şöbə müdirinin sözlərinə görə, Azərbaycan belə birgə müəssisələr yaradılarsa, bu, məhsul istehsalına böyük təkan verəcək.

S.Vəliyev kooperativlərin yaradılmasının üstün cəhətlərini belə izah edib: «Hazırda Azərbaycanda ayrı-ayrı şəxslər kredit ala bilmirlər, çünki banklar bunun əvəzində daşınmaz əmlakın girov qoyulmasını tələb edir. Lakin kooperativlər yaranacağı təqdirdə onların öz tikililəri, öz obyektləri olacaq. Belə müəssisələr tanınacaq və banklar da daha etibarlı şəkildə uzunmüddətli kreditlər ayıracaq».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR