Bakı – APA. İtaliyanın baş naziri Enriko Letta rəsmən istefa verib.
APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, E.Letta prezident Corco Napolitanonun iqamətgahına gələrək istefa ərizəsini təqdim edib.
İtaliyanın hazırki hökumətinin taleyi ilə bağlı son qərarı prezident Napolitano verəcək.