Sevastopolda hərbi hissəyə hücum olub

Sevastopolda hərbi hissəyə hücum olub
# 07 mart 2014 20:27 (UTC +04:00)

APA-nın “İnterfaks-Ukrayna”-ya istinadən verdiyi məlumata görə, bunu agentliyə növbətçi hissənin köməkçisi bildirib.

Onun sözlərinə görə, rus hərbçiləri “KAMAZ” avtomobili vasitəsi ilə hərbi hissənin darvazasını sındıraraq yaxınlıqdakı binanı ələ keçiriblər.

Hərbi hissənin ərazisində 100-ə yaxın yerli hərbçinin olduğu bildirilir, hücum edənlərin sayı məlum deyil.

Bundan əvvəl, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Krımda rus hərbçilərinin olmadığını bəyan etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR