Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edib

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edib
# 04 iyun 2013 10:14 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı – APA. Bu gün gənclər və idman naziri Azad Rəhimov Şirvan şəhərində vətəndaşları qəbul edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan Mədəniyyət Mərkəzində keçirilən qəbulda Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyan rayonlarından olan 40-dan çox vətəndaş iştirak edib.

Qəbula gələnlərin müraciətləri güzəştli ipoteka kreditləri, idman sahəsində fəxri adların verilməsi, rayonlarda gənclər mərkəzinin, idman zallarının və stadionlarının tikintisi ilə bağlı olub.

Vətəndaşların bəzi müraciətləri yerində həll olunub, digər müraciətlər aidiyyatı üzrə araşdırılmaq üçün qeydiyyat alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR