Serbiya prezidenti parlamentin buraxılması haqda sərəncam imzalayıb

Serbiya prezidenti parlamentin buraxılması haqda sərəncam imzalayıb
# 29 yanvar 2014 12:39 (UTC +04:00)

Bakı – APA. Serbiya prezidenti Tomislav Nikoliç parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi haqda sərəncam imzalayıb.

APA-nın məlumatına görə, T.Nikoliç RTS telekanalının canlı yayımında demokratik və ədalətli seçki kampaniyasının keçiriləcəyinə inandığını bildirib.

Müvafiq sərəncama imza atmaqla T.Nikoliç Nazirlər Kabinetinin xahişini yerinə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR