İsveçrə Cənubi Qafqaz üzrə xüsusi nümayəndə təyin edib

İsveçrə Cənubi Qafqaz üzrə xüsusi nümayəndə təyin edib
# 14 noyabr 2013 09:51 (UTC +04:00)

APA-nın İsveçrə XİN-ə istinadən verdiyi məlumata görə, bu ölkə sədrliyi dövründə Cənubi Qafqazda dialoq və etimad tədbirlərinin gücləndirilməsinə çalışmaq niyyətindədir. Bununla əlaqədar İsveçrə Federal Şurası Anjelo Qnadingeri (Angelo Gnadinger) İsveçrənin sədrliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin edib. Təyinat oktyabrın sonunda gerçəkləşsə də, xüsusi nümayəndə öz vəzifəsinin icrasına 2014-cü il yanvarından 1-dən başlayacaq.

A. Qnadinger hazırda Cenevrə Humanitar Dialoq Mərkəzində siyasi vasitəçilik sahəsi üzrə çalışır. O, münaqişələrin həlli, beynəlxalq hüquq və siyasi vasitəçilik üzrə çoxillik təcrübəyə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR