Əli Əkbər Salehi: “İran Suriyada xarici qüvvələrin öz planlarını həyata keçirməsinə icazə verməyəcək”

Əli Əkbər Salehi: “İran Suriyada xarici qüvvələrin öz planlarını həyata keçirməsinə icazə verməyəcək”
# 24 iyun 2013 06:24 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “Əgər Suriyadakı böhrandan sülh yolu ilə bağlı çıxış yollarını axtarmaq üçün Cenevrə şəhərində beynəlxalq konfrans baş tutarsa, İran da həmin tədbirdə iştirak edəcək”.

APA-nın məlumatına görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi deyib.

O bildirib ki, rəsmi Tehran Suriyada xarici qüvvələrin öz planlarını həyata keçirməsinə icazə verməyəcək: “Bölgə və regiondan kənar ölkələrin Suriyadakı böhranın suriyalıların öz aralarında və xalqın gələcəyini özlərinin təyin edəcəyi şəkildə həll etmələri üçün səy göstərməlidirlər”.

Ə. Salehi Qətərin paytaxtı Doha şəhərində suriyalı müxaliflərə silah göndərilməsi məqsədilə keçirilmiş yığıncağa da toxunub: “Hazırda Suriyaya qarşı dünya müharibəsi başladılıb. Qərb və bölgədən də bəzi ölkələr əl-ələ verərək Suriya xalqını hədəf almış vəziyyətindədirlər. Ancaq İran Suriya xalqının mənafeyi əleyhinə, həmçinin bu ölkədəki böhranın uzanmasına səbəb olacaq hər cür cəhdi və iclası dəstəkləməyəcək. Suriyadakı müxalif qrupların silahlandırılması bu ölkədəki böhranın uzun zaman sürməsinə və daha çox qanların axıdılmasına gətirib çıxarır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR