Azərbaycanın müdafiə naziri Çin və Rusiya səfirlərini qəbul edib - FOTO

Azərbaycanın müdafiə naziri Çin və Rusiya səfirlərini qəbul edib - <span style="color: red;">FOTO
# 11 dekabr 2013 15:42 (UTC +04:00)

Bakı – APA. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xun Tsuini qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, Çin və Azərbaycan Silahlı Qüvvələri arasında əlaqələrin inkişafı perspektivləri və digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

General-polkovnik Zakir Həsənov Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxini də qəbul edib.

Görüş zamanı regiondakı hərbi-siyasi vəziyyət, Rusiya-Azərbaycan ikitərəfli əməkdaşlığı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələləri barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR