Mumbayda binanın uçması nəticəsində 6 nəfər ölüb

Mumbayda binanın uçması nəticəsində 6 nəfər ölüb
# 14 mart 2014 18:51 (UTC +04:00)

Bakı – APA. Hindistanın Mumbay şəhərində binanın uçması nəticəsində 6 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, onlarla xilasedici hazırda hadisə yerinə cəlb olunub.

Qeyd edilir ki, 2007, 2008 və 2010 illərdə binanın sökülməsi barədə qərar qəbul edilsə də sökülmə işlərinə başlanmamışdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR