Şəkidə iki ərzaq mağazasında yanğın baş verib

Şəkidə iki ərzaq mağazasında yanğın baş verib
# 02 yanvar 2014 07:06 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə yerləşən ərzaq mağazalarında yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın bu gün səhər saat 05:35 radələrində rayonun Çələbixan qəsəbəsində, “Dördyol” adlanan ərazidə Məhəmməd Əmrahova və Yavər Hümbətova məxsus bir-birinə bitişik tikilmiş, hər birinin ümumi sahəsi 18 kv. m olan ərzaq malları satışı mağazalarında qeydə alınıb.

Hadisə yerinə FHN-in Şəki rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində hər iki mağazanın tavan hissəsi yanaraq yararsız hala düşüb, içəridəki ərzaq mallarına qismən ziyan dəyib. Mağazaların qalan hissələri və yaxınlıqdakı digər tikililər yanğından mühafizə edilib.

Faktla bağlı FHN-in Şəki rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR