İran prezidenti sentyabrın 22-də ABŞ-a səfər edəcək

İran prezidenti sentyabrın 22-də ABŞ-a səfər edəcək
# 07 sentyabr 2013 02:38 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İran prezidenti Həsən Ruhaninin ABŞ-a səfərinin proqramı açıqlanıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran prezidenti BMT Baş Assambleyasının 66-cı sessiyasında iştirak etmək üçün sentyabrın 22-də Nyu-Yorka səfər edəcək.

H. Ruhani sentyabrın 24-də BMT Baş Assambleyasında çıxış edəcək. Sentyabrın 25-də İran prezidentinin Qoşulmama Hərəkatının baş katibi qismində nüvə silahların yayılmasının qarşısının alınması ilə bağlı keçiriləcək zirvə toplantısında çıxışı olacaq. Eyni zamanda H. Ruhani Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısında çıxış edəcək. Bundan əlavə, İran prezidentinin sessiya çərçivəsində bir sıra dövlət və hökumət başçıları ilə ikitərəfli görüşləri gözlənilir.

H. Ruhaninin sentyabrın 26-da İrana qayıdacağı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR