Azərbaycanda dövlət qeydiyyatına alınan daşınmaz əmlakın sayı rekord həddə çatıb

Azərbaycanda dövlət qeydiyyatına alınan daşınmaz əmlakın sayı rekord həddə çatıb
# 27 noyabr 2013 08:46 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu il Azərbaycanda dövlət qeydiyyatına alınmış daşınmaz əmlak obyektlərinin sayı 157 minə çatıb. «APA-Economics»in məlumatına görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib.

Onun sözlərinə görə, son iki ildə Azərbaycanda daşınmaz əmlakın qeydiyyat sayı maksimum həddə çatıb. Komitə rəsmisi bildirib ki, 2011-ci ildə bu rəqəm 147 min, 2012-ci ildə isə 151 min olub.


R. Cəlilov bildirib ki, 2013-cü ilin sonuna kimi qeydiyyata alınan əmlakın sayının 170 minə çatacağı proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR