Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir
# 13 sentyabr 2013 06:26 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 12-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 1,04 dollar və ya 1,0% artaraq 1 barelə görə 108,60 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, sentyabrın 12-də ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,13 dollar və ya 1,0% artaraq 112,63 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR