Bakı-Qazax magistral yolunda maşın aşıb, bir nəfər ölüb, 2 nəfər yaralanıb - VİDEO

Bakı-Qazax magistral yolunda maşın aşıb, bir nəfər ölüb, 2 nəfər yaralanıb - <span style="color: red;">VİDEO
# 24 oktyabr 2013 18:45 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun 335-ci kilometrliyində, Goranboy rayonun Dəliməmmədli kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib. Baş Dövlət Yol Polisi İdatrəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün axşam saatlarında baş verib. Məlumata görə, Goranboy rayon Borsunlu kənd sakini, 31 yaşlı Tanrıverdi Cəlilov idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olarkən maşını yolun kənarına aşırıb.

Qəza zamanı avtomobildə olan, Borsunlu kənd sakini, 28 yaşlı Qurban Əliyev ölüb, sürücü və digər sərnişin, 31 yaşlı Səməndər Əliyuev ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR