Azərbaycan məktəblərinin VII-XI sinif şagirdləri əyləncəli intellektual hərəkata cəlb olunur

Azərbaycan məktəblərinin VII-XI sinif şagirdləri əyləncəli intellektual hərəkata cəlb olunur
# 07 fevral 2014 16:14 (UTC +04:00)

Bakı. Könül Kamiqızı – APA. Təhsil Nazirliyinin dəstəyi ilə "İçərişəhər" intellektual oyunlar klubunda "Nə? Harada? Nə zaman?" məktəb liqasına start verilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "İçərişəhər" intellektual oyunlar klubu bu layihə çərçivəsində ölkə üzrə ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdlərinin əyləncəli intellektual hərəkata cəlb olunmasını nəzərdə tutur.


Məktəb liqasının ilk oyununda 11 komanda iştirak edib. Bakı şəhərindəki Zərifə Əliyeva adına liseyi təmsil edən “Birlik” komandası 24 sualdan 17-nə düzgün cavab verərək qalib adına layiq görülüb. Məktəb liqasının ikinci oyununda iştirakçı komandaların sayının ikiqat artacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR