BDU Dağıstan Pedaqoji Universiteti ilə müqavilə imzalayıb - FOTO

BDU Dağıstan Pedaqoji Universiteti ilə müqavilə imzalayıb - <span style="color: red;">FOTO
# 26 sentyabr 2013 11:13 (UTC +04:00)

Bakı – APA. Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Dağıstan Pedaqoji Universitetinin rektor vəzifəsini icra edən hüquq elmləri doktoru, professor Məhəmməd Abdullayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

BDU Mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, qonaqlara BDU haqqında məlumat verən rektor, universitetin üzvü olduğu birlik və assosiasiyalardakı fəaliyyətindən, bu qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən birgə qrant və proqramlardan danışıb.

Azərbaycanın klassik universitetində olmaqdan məmnunluğunu ifadə edən professor M.Abdullayev öz növbəsində başçılıq etdiyi universitet haqqında məlumat verib və əməkdaşlıq perspektivlərinə toxunub.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və BDU ilə Dağıstan Pedaqoji Universiteti arasında əlaqələrin yaradılması, müştərək konfrans və simpoziumların keçirilməsi, birgə proqram və layihələr üzərində işlənilməsini nəzərdə tutan əməkdaşlıq müqaviləsi imzalanıb.

Sonda qonaqlar Heydər Əliyev Muzeyi, tədris, elmi-tədqiqat laboratoriyaları və mərkəzləri ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR