Sabahdan Bakıda daha bir yol bağlanır

Sabahdan Bakıda daha bir yol bağlanır
# 04 noyabr 2013 10:09 (UTC +04:00)

Təmir işləri ilə əlaqədar olaraq Səbayel rayonu, İzzət Nəbiyev küçəsi nəqliyyatın hərəkəti üçün bağlanacaq. Bu barədə «APA-Economics»ə «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, yolun bağlanmasının səbəbi həmin küçədə təmir işlərinin aparılması ilə əlaqədardır: «Təmir işlərinin 5-6 gün müddətində yekunlaşdırılması nəzərdə tutulub».

Qeyd edək ki, hazırda İ.Nəbiyev küçəsində təmirə başlanılması üçün hazırlıq işləri gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR