Vasili Utkin: “Madrid “Atletiuko”sunun oyunçusu Baptistao ermənidir, ona görə də üzərinə “Azərbaycan” yazılan formada oynamadı”

Vasili Utkin: “Madrid “Atletiuko”sunun oyunçusu Baptistao ermənidir, ona görə də üzərinə “Azərbaycan” yazılan formada oynamadı”
# 24 sentyabr 2013 08:57 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, bu sözləri rusiyalı futbol şərhçisi Vasili Utkin deyib.


Ötən həftənin çərşənbə günü Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Atletiko” - “Zenit” matçı zamanı (3:1) meydan sahiblərinin futbolçularından biri meydana üzərində “Azerbaijan Land of Fire” yazısı olmayan formada çıxmışdı.

Belə ki, 79-cu dəqiqədə oyuna daxil olan Leo Baptistaonun forması digərlərindən fərqlənirdi. Meydançaya daxil olduqdan 1 dəqiqə sonra Madrid təmsilçisinin 3-cü qoluna imza atan braziliyalı hücumçunu görüşdən sonra diqqətsizlik etdiyini, formanı götürən zaman onun üzərində reklam yazısı olub-olmadığına fikir vermədiyini bildirmişdi.

“Exo Moskvı” radiosunun qonağı olan Utkin isə Baptisaonun bilərəkdən belə bir addım atdığını iddia edib: “Atletiko”nun bütün futbolçuları üzərində “Azerbaijan Land of Fire” yazılan formalarda oynayırlar. Siz yəqin bilirsiniz ki, “Baptistao” kimi Braziliya soyadları “Baptistan” kimi oxunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR