Təbriz bazarında yanğın baş verib

Təbriz bazarında yanğın baş verib
# 10 oktyabr 2013 14:01 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Təbriz bazarında yanğın baş verib. APA-nın “Öyrənci səsi”nə istinadən məlumatına görə, hadisə oktyabrın 8-də yerli vaxtla gecə saat 02:37-də olub.

Yanğın bir ayaqqabı mağazasında baş verib. Nəticədə üç mağaza yanıb. Hadisə zamanı 5 nəfərin yaralandığı bildirilir. Yanğının səbəbləri hələlik dəqiqləşdirilməyib və hazırda bununla bağlı təhqiqat aparılır. Bundan başqa, dəymiş ziyanın məbləği də hələlik müəyyənləşdirilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR