Lənkəranda dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran şəhərinin "Kiçik Bazar" deyilən ərazisində dənizdə bir nəfərin boğulması barədə təcili yardıma məlumat daxil olub. Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs sudan çıxarılaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Həmin şəxsin Lənkəran rayonunun Liman şəhər sakini 1950-ci il təvəllüdlü Abasqulu Şükür oğlu Həsənov olduğu məlum olub.
A.Həsənov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.