Ukrayna XİN: ATƏT-in hərbi müşahidəçiləri Krıma buraxılmayıb

Ukrayna XİN: ATƏT-in hərbi müşahidəçiləri Krıma buraxılmayıb
# 07 mart 2014 14:53 (UTC +04:00)

APA-nın “İnterfaks-Ukrayna”ya istinadən verdiyi məlumata görə, bunu Ukrayna XİN-in informasiya siyasəti departamentinin direktoru Yevgeni Perebeynis bəyan edib.

Onun sözlərinə görə, bu gün ATƏT missiyası yenidən Krıma getməyə cəhd edib, lakin blokpostlarda dayanan silahlı şəxslər buna mane olublar.

Naməlum silahlı şəxslər ATƏT missiyasına daxil olan müşahidəçilərə bildiriblər ki, muxtar respublika ərazisi ilə hərəkət etmək üçün Krımın yeni rəhbərliyinin icazəsi lazımdır.

Qeyd edək ki, ATƏT-in verifikasiya missiyası martın 5-dən Ukraynadadır. Missiyaya 21 ölkədən 40 müşahidəçi daxildir. Onların məqsədi Krımda yerləşən Ukrayna və Rusiya hərbi obyektlərinə baş çəkməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR