ATƏT-in Bakı ofisi Azərbaycanda məişət zorakılığı ilə bağlı məhkəmə işlərinin monitorinqini aparıb

ATƏT-in Bakı ofisi Azərbaycanda məişət zorakılığı ilə bağlı məhkəmə işlərinin monitorinqini aparıb
# 30 dekabr 2013 13:03 (UTC +04:00)

ATƏT-in Bakı ofisindən APA-ya verilən məlumata görə, hesabat 2013-cü ilin iyul-dekabr ayları ərzində məişət zorakılığı ilə bağlı məhkəmə işlərinin monitorinqinə əsasən hazırlanıb. Hesabatın məqsədi “Məişət zorakılığının qarşısının alınması haqqında” 2010-cu ildə qəbul olunmuş qanunun icra səviyyəsini müəyyən etməkdə Azərbaycana kömək etmək və bu qanunun yerli məhkəmələrdə daha geniş qanunvericilik bazası və müvafiq beynəlxalq standartlar zəminində tətbiqini qiymətləndirmək olub.

ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay bildirib ki, qurbanların hüquqlarının qorunmasında məhkəmə sistemi əhəmiyyətli rol oynayır: “Ona görə də qanunvericilik bazası və onun icrası inkişaf etdirilərək məhkəmələrin gündəlik iş mexanizmi və qurbanların tam müdafiəsinin təmin olunması yaxşılaşdırmalıdır”.

Səfir məişət zorakılığının qarşısının alınması haqqında qanunun qəbulunu Azərbaycanın problemin həllində atdığı mühüm addımlardan biri kimi qiymətləndirib. Lakin məhkəmələrin monitorinqinə dair hesabatda da qeyd olunduğu kimi, məişət zorakılığına məruz qalmış qurbanların müdafiəsində hələ də bir sıra çatışmazlıqlar mövcuddur. Bu problemlərə mühafizə orderinin tətbiq olunması ilə bağlı qanunda nəzərdə tutulan prosedurların həyata keçirilməməsi, Cinayət Prosessual Məcəlləsində məişət zorakılığı qurbanlarının müdafiə olunması üçün xüsusi normaların nəzərdə tutulmaması, qurbanların təhlükəsizliyi və məhkəmə vasitəsilə hüquqlarının qorunmasına təsir edə biləcək digər təcrübələr daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR