Azərbaycan Dövlət Neft Şirkəti bütün işçilərini evlə təmin edəcək

Azərbaycan Dövlət Neft Şirkəti bütün işçilərini evlə təmin edəcək
# 17 sentyabr 2013 13:00 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-in iqtisadi məsələlər üzrə vitse-prezidenti Suleyman Qasımov bildirib.

Onun sözlərinə görə, işçilərin mənzillərlə təmin olunması üçün hazırda ARDNŞ-in tərkibində kooperativ fəaliyyət göstərir: «Bu qurum tərəfindən neftçilərə artıq xeyli mənzil verilib. İlk növbədə ARDNŞ-də mənzil növbəsində dayanan işçiləri bu kooperativə cəlb etməklə onların mənzil növbəsinə dayanma müddətindən asılı olaraq ARDNŞ 50% güzəştlə işçiləri mənzillə təmin edir».

S.Qasımov bildirib ki, digər tərəfdən ARDNŞ banka depozit qoymaqla işçilərə ipoteka krediti verir: «ARDNŞ həmçinin işçilərinə torpaqyanı sahələrinin verilməsini də təmin edir. Bu işlər plana uyğun olaraq aparılır. Düşünürük ki, son neftçi mənzillə təmin olunana qədər bu işlər davam etdiriləcək».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR