Bakıda mehmanxana işçiləri üçün təlim-tədris kursları keçirilir

Bakıda mehmanxana işçiləri üçün təlim-tədris kursları keçirilir
# 28 oktyabr 2013 09:41 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Bakıda fəaliyyət göstərən 3 və 4 ulduzlu mehmanxana sistemində çalışan işçilər üçün təlim-tədris kursları keçiriləcək.

APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən kursları Türkiyədən dəvət olunan mütəxəssislər aparacaq.

Kurslara ilkin olaraq Azərbaycan Turizm İnstitutunda başlanılıb. Oktyabrın 31-də Bakı Turizm Peşə Məktəbində iştirakçılara sertifikatlar təqdim olunacaq.

Nazirlikdən bildiriblər ki, 2001-ci ildən keçirilən bu təlim proqramlarında indiyədək Azərbaycandan 1 326 nəfər iştirak edib. Kurslar paytaxtda və regionlarda fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsi və turizmin inkişafı məqsədilə keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR