Çində 27 nəfər mədəndə baş vermiş partlayışın qurbanı olub

Çində 27 nəfər mədəndə baş vermiş partlayışın qurbanı olub
# 12 may 2013 05:03 (UTC +04:00)

Bakı-APA. Çinin cənubundakı Sıçuan vilayətində mədəndə baş vermiş qaz partlayışı nəticəsində 27 fəhlə ölüb. APA-nın məlumatına görə, bu barədə “Sinhua” agentliyi xəbər verir.

Məlumata görə, hadisə nəticəsində 16 nəfər xəsarət alaraq xəstəxanalara yerləşdirilib. 81 nəfər fəhlə xilas edilib.

Bundan əvvəl, mayın 11-də Quycou vilayətində də şaxtada partlayış olub. Faciə nəticəsində 12 fəhlə ölüb, 2 nəfər yaralanıb.

Çinin dağ-mədən sənayesi dünyada ən təhlükəli sayılır. Hər il müxtəlif hadisələr nəticəsində mədənlərdə minlərlə fəhlə ölür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR