Azərbaycan BVF və Dünya Bankının illik toplantısında iştirak edəcək

Azərbaycan BVF və Dünya Bankının illik toplantısında iştirak edəcək
# 10 oktyabr 2013 11:41 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 11-13-də Vaşinqtonda (ABŞ) Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının üzv ölkələrdən Direktorların İllik Toplantısı keçiriləcək. «APA-Economics»in xəbər verdiyi kimi, toplantıda dünya iqtisadiyyatının cari vəziyyəti, problemlər və perspektivlərlə bağlı məsələlər müzakirə olunacaq.

Hər il keçirilən iclasda üzv ölkələrdən gələn ölkə direktorlarından başqa, hökumət nümayəndələri, iri biznes təmsilçiləri, elm adamları iştirak edirlər. Toplantıda dünya iqtisadiyyatının qarşısında duran əsas təhlükələr, işsizlik, məşğulluq, yoxsulluq problemləri, dünya maliyyə sistemi, beynəlxalq iqtisadi əməkdaşlıq, milli iqtisadiyyatların diversifikasiyası və s. məsələlər müzakirə olunacaq.

Toplantıda Azərbaycanı Maliyyə Nazirliyinin nümayəndə heyəti təmsil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR