BMT baş katibi Məhəmməd əl-Baradeydən sabiq prezident Mursini azadlığa buraxmağı tələb edib

BMT baş katibi Məhəmməd əl-Baradeydən sabiq prezident Mursini azadlığa buraxmağı tələb edib
# 29 iyul 2013 14:26 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. BMT baş katibi Pan Gi Mun ilə Misirin vitse-prezidenti Məhəmməd əl-Baradey arasında telefon danışığı olub. APA-nın BMT-nin saytına istinadən verdiyi məlumata görə, BMT baş katibi ölkədə yaranan vəziyyəti ilə bağlı ciddi narahatlığını bildirib və çoxlu sayda insanların ölümünə səbəb olan iğtişaşları pisləyib. O eyni zamanda Misirin müvəqqəti hakimiyyətini partiya mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarının təhlükəsizliyini təmin etməyə, devrilmiş prezident Məhəmməd Mursi və “Müsəlman Qardaşları” hərəkətin rəhbərliyini azadlığa buraxmağa və ya tez bir zamanda onları şəffaf və ədalətli şəkildə mühakimə etməyə çağırıb.

Baş katib Misirdəki vəziyyəti Türkiyə və Qətərin xarici işlər nazirləri və Ərəb Dövlətləri Liqasının baş katibi ilə də müzakirə edib. Söhbət zamanı BMT baş katibi bu ölkədə yaranan vəziyyətlə bağlı narahatlığını ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR