Qadın məhkumun üzərindən narkotik vasitə tapılıb

Qadın məhkumun üzərindən narkotik vasitə tapılıb
# 07 fevral 2014 08:02 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məhkumda narkotik vasitə aşkar olunub.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1; 93.1.4 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş, etapla Müalicə Müəssisəsinin Qadın şöbəsinə daxil olmuş Kifayət Hacıağa qızı Məmmədovanın üzərinə baxış keçirilən zaman üzərindən bir ədəd sellofana bükülmüş xalis çəkisi 2.488 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR