Tatarıstanda avtobusun qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, 8-i uşaq olmaqla 11 nəfər xəsarət alıb

Tatarıstanda avtobusun qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, 8-i uşaq olmaqla 11 nəfər xəsarət alıb
# 04 fevral 2014 22:47 (UTC +04:00)

Bakı-APA. Tatarıstanda avtobusun minik avtomobili ilə toqquşması nəticəsində 3 nəfər ölüb, 8-i uşaq olmaqla 11 nəfər xəsarət alıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Tatarıstanın Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.

Qəza Kazan-Şemordan magistral avtomobil yolunda baş verib. Məlumata görə, idmançı yeniyetmələri daşıyan “Fiat Ducato” markalı mikroavtobus “Lada Largus” markalı minik avtomobili ilə toqquşub.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR