Azərbaycan Milli Elmlər Akademiyası ilə Qazaxıstandakı Türk Akademiyası arasında müqavilə imzalanacaq

Azərbaycan Milli Elmlər Akademiyası ilə Qazaxıstandakı Türk Akademiyası arasında müqavilə imzalanacaq
# 02 noyabr 2013 12:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Ədəbiyyat İnstitutu ilə Qazaxıstandakı Türk Akademiyası arasında qarşılıqlı əlaqələrə dair müqavilənin imzalanması nəzərdə tutulur.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu imzalanma AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin Qazaxıstana səfəri çərçivəsində baş tutacaq. AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli «Çingiz Aytmatov və müasir türk dünyası» mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün noyabrın 6-da Qazaxıstana səfər edəcək. Beynəlxalq konfransın plenar iclasında İ.Həbibbəyli «Ədəbiyyatda millilik və bəşərililiyin vəhdətinin Çingiz Aytmatov modeli» mövzusunda məruzə ilə çıxış edəcək.

Səfər çərçivəsində AMEA Ədəbiyyat İnstitutu ilə Qazaxıstandakı Türk Akademiyası arasında qarşılıqlı əlaqələrə dair müqavilənin imzalanması da nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR